Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük müraciətini gələn həftə ratifikasiya edə bilər
Bakı, 11 iyul, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisi (TBMM) İsveçin NATO-ya üzvlük müraciətini gələn həftənin sonunadək ratifikasiya edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.
Türkiyə qanunlarına əsasən, İsveçin müraciəti əvvəlcə parlamentin xarici əlaqələr komitəsi tərəfindən qəbul edilməlidir. Daha sonra baxılmaq üçün TBMM-in ümumi iclasının müzakirəsinə çıxarılacaq.
İsveçin NATO-ya üzvlüyünün Ankara tərəfindən təsdiqlənməsi prosesi Türkiyə parlamentinin ratifikasiya qərarı Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də dərc olunduqdan sonra başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]