Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN ÇIXIŞI

TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN ÇIXIŞI

- Dəyərli qardaşım, hörmətli Prezident İlham Əliyev!

Hörmətli nazirlər!

Hörmətli iş adamları, dostlar!

Sözlərimə bu gün Azərbaycanda sizlərlə bərabər olmaqdan çox məmnunluq duyduğumu ifadə etməklə başlamaq istəyirəm. Dünəndən bu günə qədər bizə göstərilən qonaqpərvərliyə görə çox təşəkkür edirəm.

Sizin dediyiniz kimi, bu, mənim Şimali Kipr Türk Cümhuriyyətindən sonra xaricə etdiyim ilk rəsmi səfərimdir. Bu səfəri Azərbaycana etməyim dostluğa, qardaşlığa, əlaqələrimizə verdiyim əhəmiyyəti göstərir. Sağ olun, Siz məni təbrik etdiyiniz zaman dəvət etmişdiniz. Bu dəvəti bu şəkildə icra etmək, həqiqətən də, məni çox məmnun edir.

Bu səfərə sadəcə nazir dostlarım, dövlət əhəmiyyətli bürokratlarla gəlmədim. Bu səfərin başqa bir xüsusiyyəti də Türkiyənin seçilmiş iş adamları ilə birlikdə - Türkiyə Ticarət və Sənaye Palataları Birliyinin təşkilatçılığı ilə hər sektoru təmsil edən, iş görmək istəyən, yaxud şərik iş görməyi düşünən bir çox bacarıqlı iş adamları ilə bərabər gəldik.

Bu gün azəri iş adamları ilə birlikdə onların toplantısına qatılmaq Sizi nə qədər çox məmnun etdisə, məni də o qədər məmnun edir və həyəcanlandırır. Bir az əvvəl Birliyin sədrinin çıxışını ikimiz də çox diqqətlə izlədik. Potensialı açıq şəkildə ortaya qoydu. Əslində, son illər Türkiyə həqiqətən çox böyük işlər gördü. Bir az əvvəl söylədiyiniz kimi, Avropanın 6-cı iqtisadiyyatı olmuş, xarici ticarətin həcmi təqribən 220 milyard dollardır, ixrac 100 milyard dolları keçir. Bu ixracda çox önəmli olan bəzi məqamları qeyd etmək istərdim. Məsələn, avtomobil ixracı 20 milyard dolları, dəmir-polad ixracı 12 milyard dolları keçmişdir. Keçmişdə olduğu kimi, ixrac sadəcə, kənd təsərrüfatı və yüngül sənaye məhsulları deyil, daha fərqli məhsullar istehsal edilməyə başlandı, Avropa və Amerika bazarlarına ixrac olundu.

Təbii ki, biz nə qədər çox güclənsək, siz də o qədər çox qürurlanarsınız. Siz də nə qədər çox güclənsəniz, inkişaf etsəniz, biz də o qədər qürurlanarıq. Azərbaycandakı inkişafı mən gözlərimlə görürəm. Çünki buraya daha əvvəl də müxtəlif səbəblərlə - xarici işlər naziri kimi, başqa işlərlə əlaqədar gəldim. İndi Prezident olaraq gəlirəm və inanın ki, bunu görmək bizi çox qürurlandırır.

Keçən il bu salonda toplantı keçirdik. Siz o vaxt bizə yemək verdiniz. Bu salonun ətrafında belə inşaat işləri getmirdi. Bu körpülər, yollar, binalar yox idi. Bir ildən bəhs edirəm. Hər dəfə gələndə Bakının nə qədər dəyişdiyini, inkişaf etdiyini görmək, inanın, bizi çox sevindirir. Anadoluda hər hansı bir şəhərə gedib oradakı inkişafı gördükdə nə qədər seviniriksə, hansı hissiyyatı keçiririksə, burada da eyni hissiyyatı keçiririk. Buna görə başda zati-aliniz olmaqla, əməyi keçən hər kəsi təbrik edirəm.

Aramızda çox böyük layihələr həyata keçirilir. Bunların əsasında dostluq, bərabərlik və qardaşlıq var. Türkiyənin qurucusu, böyük öndər Atatürkün “Azərbaycanın kədəri, Türkiyənin kədəri, Azərbaycanın sevinci, bizim sevincimizdir” dediyi kimi, Azərbaycanın ulu öndəri Heydər Əliyevin də “Biz bir millət, iki dövlətik” müdrik kəlamı, əslində, hər şeyin təməlini qoymuşdur. İndi biz buna uyğun gedirik, daha böyük uğurlar qazanmağa çalışırıq. Sadəcə dostluq və qardaşlıq duyğularından başqa, böyük layihələr həyata keçiririk və xalqlarımızın mənafeyinə uyğun böyük işlər görürük.

Dünəndən bəri bir neçə dəfə demişik, amma dəyərli olduğu üçün təkrarlayırıq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri əvvəllər xəyal, röya kimi görünən, bəzilərinin “Olmaz!” deyərək, əngəlləməyə çalışdıqları layihələrdir. Bütün bunlar bu gün artıq funksiyasını yerinə yetirir, uğurla işləyir. Azərbaycanın nefti Aralıq dənizinə gedir, hətta Qazaxıstan da buna qoşulur. Dəyərli qardaşım keçən il Qazaxıstana getdi, hörmətli Nazarbayevlə bu müqaviləni bağladılar. Artıq Orta Asiyanın nefti Aralıq dənizi vasitəsilə bütün dünyaya çatdırılacaqdır. Bütün bunlar həyata keçdi.

İndi yeni-yeni böyük layihələrin axtarışında olmaq lazımdır. İnşallah, bunlar da həyata keçəcəkdir. İnanıram ki, qısa müddətdə Aralıq dənizi sahilində böyük neftayırma müəssisələrinin yaradılmasında Azərbaycan da iştirak edəcək, buradan bütün dünya bazarlarına çıxış əldə edəcəkdir. Eyni şəkildə, Qara dənizi Aralıq dənizi ilə birləşdirən layihələrin həyata keçiriləcəyinə əminəm.

Təbii, bizi sevindirən bir məsələ də budur ki, təkcə türk iş adamları Azərbaycanda fəaliyyət göstərmirlər, artıq Azərbaycanın böyük şirkətləri də Türkiyədə fəaliyyətə, özlərini göstərməyə başlamışlar. Son özəlləşdirmələrdə Azərbaycan şirkətlərinin uğurları, böyük neft kimyası müəssisələrində “biz də varıq” demələri, inanın ki, Türkiyə üçün böyük bir qürur mənbəyi olmuşdur. Eyni şəkildə, neftayırma layihələrində də Azərbaycanın yer alacağına inanıram. Bunun üçün birlikdə çalışırıq.

Azərbaycanda türk iş adamlarının müvəffəqiyyəti hər kəsə məlumdur. Türk iş adamlarına güvəndiyiniz, onlara bu fürsəti verdiyiniz üçün ölkəm, dövlətim və bütün vətəndaşlarım adından Sizə bir daha təşəkkür edirəm. Təbii, Siz onlara etimad göstərməsəniz, bu müvəffəqiyyətə nail ola bilməzlər. Azərbaycanda böyük inkişaf var, xüsusən infrastruktur sahəsində bir çox layihələr tamamlanmışdır. Yeniləri davam etməkdədir. Bunları yaxından müşahidə edirik. Siz də buna çox yaxından nəzarət edirsiniz. Bunlar hamımız üçün qürur mənbəyidir.

Müasir dövrdə dövlət və hökumətlərin üzərinə düşən vəzifələr iş dünyasında əməkdaşlığın zəminini, hüquqi sənədləri, iqtisadi müqavilələri yaratmaqdır. Bütün bunları gördükdən sonra yollar, dəmir yolları çəkməkdir. Ondan sonra şirkətlər səmərəli fəaliyyət göstərərək, ölkələri bir-biri ilə yaxşı formada birləşdirəcəklər. Bu istiqamətdə də önəmli addımlar atılmışdır. Dünən imzaladığımız uzunmüddətli ticarət və iqtisadi əməkdaşlıq proqramı və planı, qısa müddətdə içərisində imzalanacaq digər ticarət müqavilələri bunlara imkan verəcək və inanıram ki, bu bölgədə böyük müştərək iqtisadi zona yaradılacaqdır. Təbii ki, buna Qafqazdakı digər ölkələr də qatıla bilər. Necə ki, Gürcüstan iştirak edir və bu böyük layihələrdən pay alır. Burada sülh və əmin-amanlıq olduqdan, torpaq işğallarına son qoyulduqdan sonra başqa dövlətlər də bu layihələrdə iştirak edə bilər.

Biz hamımız bu bölgədə sabitlik və təhlükəsizlik, bir-birinə qarşılıqlı hörmət olmasını və hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməsini, iqtisadi yüksəlişin, rifahın bütün bölgəyə yayılmasını istəyirik. Bu baxımdan başqa fikrimiz yoxdur. Amma təbii ki, torpaq güclə işğal edilirsə, bu qədər qaçqın, köçkün ən çətin şəraitdə yaşayırsa, bunlara da göz yuma bilmərik.

Hörmətli Prezident, dəyərli qardaşım!

Hörmətli dostlar!

Biz yolunuzu açmaq üçün buradayıq. Siz də dürüst çalışaraq, özünüzü isbat edəcəksiniz. 16 il içərisində Azərbaycanın inkişafı böyük təqdirlə izlənilir. Bu inkişaf sadəcə, iqtisadi sahədə deyil, başqa sahələrdə də mövcuddur. Öz hərbi hissələrini sağlam şəkildə qurması, ordusunun, iqtisadiyyatın güclənməsi, Avropa Şurasının üzvü olan Azərbaycanda demokratiyanın günbəgün dərinləşməsi və güclənməsi Azərbaycanı Qafqazda parlayan bir ulduza çevirmiş, dünyanın diqqətini çəkməyə başlamışdır. Bütün bu uğurlarda Türkiyə əvvəldən hər zaman Azərbaycanın yanında olmuşdur. Türkiyə böyük mübarizələrdə Azərbaycanın yanında olmuşdur və buna davam edəcəkdir. Bunu bütün dünya belə bilməlidir və bilir. Bu birlik iki ölkə arasında olan çox səmimi əlaqələrdən irəli gəlir. Bu, eyni millətin iki dövlətinin əlaqələridir. Ona görə də çox özəl, strateji əlaqələrdir və getdikcə daha çox güclənəcəkdir.

Hökumətlərimizin, hər iki dövlətin siyasi iradəsi olduqca açıqdır. Bu toplantını bunun üçün, sizi təşviq etmək üçün edirik. Sizlər nə qədər çox uğur qazansanız, böyük layihələri ortaq şəkildə həyata keçirsəniz, biz o qədər məmnun oluruq. İnanıram ki, önümüzdəki illər yeni-yeni böyük layihələrin, arzuların gerçəkləşdiyi illər olacaqdır. Buna tam inanıram.

Mən bu vəsilə ilə bizə göstərdikləri qonaqpərvərliyə və dostluğa görə dəyərli qardaşıma bir daha təşəkkür edirəm. Özümüzü öz evimizdəki kimi hiss edirik. Əslində, öz evimiz, öz yurdumuzdur. Bizim atalarımız buralardan gəlmişlər.

Sabah Gəncəyə gedəcəyəm. Türkiyənin dövlət adamının Bakıdan kənarda yerləşən başqa şəhərə ilk dəfə getməsi, Gəncəyə getməyim mənə xüsusi qürur verir. Orada ortaq tariximizi yaşadan çoxlu nişanələr, böyük xatirələr vardır. Bu xatirələri gedib yerində görmək mənə bir həyəcan verir.

Sizə bir daha müvəffəqiyyətlər diləyirəm. Azərbaycanın gələcəyinə olan inamımı təkrarlayıram. Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun dərin kökü, çox əbədi olduğunu və gələcəyinin də çox parlaq olduğunu bir daha vurğulamaq istəyirəm.

Hamınıza müvəffəqiyyətlər diləyirəm.

X X X

Fasilədən sonra forum işini davam etdirdi. İqtisadi inkişaf naziri Heydər Babayev Azərbaycanın iqtisadi inkişafı, ölkədəki sərmayə mühiti haqqında ətraflı məlumat verdi, sahibkarlığın inkişaf etdirilməsi, şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl iş görüldüyünü bildirdi. O, müstəqil dövlət kimi Azərbaycanın böyük təcrübəyə malik Türkiyəyə ehtiyacı olduğunu vurğuladı.

Türkiyənin dövlət naziri Gürşat Tüzmən təmsil etdiyi ölkəsinin son illərdəki uğurları, ümumi iqtisadi vəziyyət barədə məlumat verdi, hər iki ölkənin potensialından daha səmərəli istifadə etmək üçün qarşılıqlı təşəbbüslərin irəli sürülməsinin, daha möhkəm əməkdaşlıq yaradılmasının əhəmiyyətindən danışdı, sahibkarları lobbiçilik fəaliyyətinə dəstək verməyə çağırdı.

Biznes forumu çərçivəsində Naxçıvan mebel fabriki ilə Kastamonu Entegre ağac sənaye və ticarət şirkətləri arasında 500 min avro, Concord Construction və Öztiryakiler şirkətləri arasında 500 min avro, Mətanət A və Varlık Makina Sanayi İş və Dış şirkətləri arasında 500 min ABŞ dolları, Cahan Holding və Bakırçı Otomotiv şirkətləri arasında 400 min ABŞ dolları dəyərində sazişlər imzalandı.

Bundan əlavə, Azərbaycan Françayzinq Assosiasiyası və Türkiyə Françayzinq Assosiasiyası arasında, eləcə də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Türkiye İşveren Sendikarar Konfederasiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert