Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN NİTQİ

TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN NİTQİ

-Hörmətli Cümhurbaşqanı, əziz qardaşım!

Möhtərəm xanım əfəndi!

Dəyərli qonaqlar!

Bu gün Bakıya gəlməkdən, sizlərlə bərabər olmaqdan hiss etdiyim məmnuniyyəti ifadə etmək istəyirəm. Prezident seçildikdən sonra xaricə ilk ziyarəti Azərbaycana etməyim aramızdakı dostluq və qardaşlığın yalnız sözdə, dildə olmadığını, qəlbimizdə nə qədər dərin yer tutduğunu göstərir.

Hər gəlişimdə Azərbaycanın dəyişdiyini görməkdən qürur duyuram. İqtisadi cəhətdən getdikcə zənginləşən, hər baxımdan güclənən, böyük layihələri gerçəkləşdirən, sadəcə bölgənin deyil, dünyanın diqqətini çəkən bir ölkə olmaq yolunda Azərbaycan çox böyük məsafə qət etmişdir. Bu ziyarətimin Azərbaycanın müstəqilliyinin 16-cı ildönümünə təsadüf etməsi də xüsusi məna daşıyır. Bu 16 il içərisində çox böyük məsafələrin qət edildiyi, inkişafın təmin olunduğu göz qabağındadır. Keçmiş illərlə müqayisədə bu inkişafın nə qədər böyük olduğunu, əminəm ki, hər kəs görəcəkdir.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yaxşı şəkildə Azərbaycanın böyük öndəri, rəhmətlik Heydər Əliyev tərəfindən ifadə edilmişdir: “Biz bir millət, iki dövlətik!”. Bu birlik bundan daha gözəl şəkildə ifadə edilə bilməzdi. Biz, həqiqətən də, bir millət, iki dövlətik. Əslində, iki dövlətdən daha böyüyük. Bütün bölgəmizdə, ətrafımızda başqa dövlətlər də vardır, amma hamımız eyni millətdənik. Bu gün dünyada ayrı dövlət kimi yaşayırıq, amma əməkdaşlıq etmək, qardaşlığımızı, dostluğumuzu, cəsarətimizi göstərmək mümkündür. Bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə mümkündür.

Böyük bir məmnunluq hissi ilə demək istəyirəm ki, çox böyük layihələr həyata keçirilmişdir. Xatırlayırsınız, bu layihələr əvvəllər bəziləri tərəfindən xəyal, röya kimi görünürdü. Amma bunların açılışını hamımız birlikdə etdik. İnanıram ki, gələcəkdə çox böyük layihələri gerçəkləşdirəcəyik. Bakı-Tbilisi-Ceyhan boru xətti uzunluğuna görə dünyanın ikinci böyük boru kəməridir. Artıq Qafqazın, Azərbaycanın nefti ilə yanaşı, Orta Asiyanın da nefti Aralıq dənizindən bütün dünyaya çatdırılacaqdır.

Keçən il hörmətli İlham Əliyev və hörmətli Nursultan Nazarbayev Qazaxıstanda müqavilə imzaladılar. Ondan sonra Qazaxıstanın nefti bu boru xətti ilə Aralıq dənizinə çatdırılacaqdır. Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri layihəsi də tamamlanmışdır.

Bunlara əlavə olaraq, başqa bir nəqliyyat xətti Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Uzun illərdir bu barədə danışılırdı, hətta unudulma halına gəlmişdi. Artıq “bu, həyata keçirilməyəcək” deyildiyi bir zamanda təkrar gündəmə gəlmişdir, təməli atılmışdır. İnşallah, bu layihənin də başa çatdırılmasını hamımız bir yerdə görəcəyik. O vaxt sadəcə Qazaxıstandan deyil, Çindən də gələn mallar Azərbaycan-Gürcüstan-Türkiyə üzərindən keçəcəkdir. Bununla da İstanbul boğazından keçməklə Asiya ilə Avropanı birləşdirən layihə tamamlanacaq və ondan sonra Çindən gələn qatarlar Avropanın sonuna qədər gedə biləcəkdir.

Bütün bu böyük layihələri hamımız bir yerdə həyata keçiririk. Bu böyük layihələrin iki təməl lokomotivi Türkiyə və Azərbaycandır. İnanıram ki, buna böyük layihələr, böyük əməkdaşlıq və işbirliyi layihələri əlavə olunacaqdır. Bütün bu sahə böyük bir iqtisadi, ticari sahə halına gələcəkdir.

Hörmətli Əliyevə təşəkkür edirəm, burada dedi, bəzi iş adamlarımız buradadırlar. Bu gün 140 böyük iş adamı ilə gəlmişəm. Bir qismi buradadır. Onlar da çox yaxşı bilirlər ki, Sizin yaratdığınız imkan sayəsində buranı öz evləri, öz vətənləri gördükləri üçün böyük sərmayələr qoyur, böyük işlər görürlər. İndi böyük məmnuniyyətlə deyirəm ki, azərbaycanlı təşəbbüskar iş adamları və Azərbaycanın böyük şirkətləri də artıq Türkiyəyə sərmayə qoymağa başlamışlar. Bildiyiniz kimi, Türkiyənin ən böyük neft-kimya təsislərindən olan “Petkim” azərbaycanlılar tərəfindən özəlləşdiriləcəkdir. Bu, bizə böyük qürur verir. İnanıram ki, qarşıdakı illərdə Ceyhanda, Aralıq dənizinin ətrafında çox böyük neftayırma müəssisələri yaradılacaqdır. Bunlara Azərbaycan şirkətləri şərik olacaqdır. Bütün bunların hamısı bizim gələcəyimizin parlaq olduğunu göstərir.

Siyasi sahədə Türkiyə ilə Azərbaycan bir-birini daim dəstəkləmişdir. Azərbaycanın ərazi bütövlüyü Türkiyə üçün çox önəmlidir. Bu, Azərbaycan üçün nədirsə, Türkiyə üçün də elədir. Bu səbəbdən onu da demək istəyirəm ki, azəri türklərinin qan axan yarası sağalmayınca Türkiyə heç vaxt rahat yaşamayacaqdır. Bununla da, əminəm ki, Dağlıq Qarabağ problemi ilə bağlı nə demək istədiyimi anlayacaqsınız. Ən qısa müddətdə bu yaranın sağalmasını və bu məsələnin bitməsini arzu edirik. Dünya bir milyona yaxın azərbaycanlı qaçqının, köçkünün halını görmək istəmir. Amma bunu bütün dünyaya anlatmaq hamımızın borcudur. Mən hər fürsətdə bundan bəhs edirəm və bunun unudulmamasının vacibliyini hər kəsə anladıram.

Dəyərli dostlar, gələn il çox önəmli bir hadisənin, Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam ordusunun erməni və bolşeviklərin işğalına məruz qalan Bakını azad etməsinin 90-cı ildönümüdür. Bunun önəmi gələcək nəsillərə, gənclərə ən yaxşı şəkildə anladılacaqdır. Çünki tarix elmi və tarix şüuru çox önəmlidir. Bütün nəsillərə, xüsusən gənclərə bunun anladılması əhəmiyyətlidir və bu ildönümünün yüksək səviyyədə keçiriləcəyinə əminəm.

Mədəni sahədə də biz bir-birimizə o qədər bağlıyıq ki, budur, mən türkcə danışıram, siz də türkcə danışırsınız və bir-birimizi başa düşürük. Televiziya verilişlərimiz hər iki ölkədə maraqla izlənilir. Tələbə proqramları çərçivəsində yüzlərlə, minlərlə şagird, tələbə həm Türkiyədə, həm də Azərbaycanda təhsil alır. Burada türk məktəbləri azərbaycanlı qardaşlarımızın təhsilinə yüksək səviyyədə xidmət edir. Universitetlər arasında da yaxşı əməkdaşlıq vardır. Bunların hamısından qürur duyuram.

Ötən il Antalyada keçirdiyimiz türkdilli ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısını hörmətli Əliyevin rəhbərliyi ilə Azərbaycanda keçirəcəyik. Az bir müddətdən sonra türk cəmiyyətlərinin qurultayı keçiriləcək, dünyanın hər tərəfindən, bütün türk dünyasından, Baltikyanı ölkələrdən, Avropadan, Orta Şərqdən - hər yerdən buraya insanlar gələcək, qardaşlarımız gələcəklər. Bütün bunlar bizim sağlam tellərlə bir-birimizə bağlı olduğumuzu bildirən ən yaxşı göstəricidir.

Mən çıxışımı böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin sözləri ilə bitirmək istəyirəm:

Bir ağacın iki qolu,

Bir ananın iki oğlu,

O da ulu, bu da ulu,

Azərbaycan-Türkiyə!

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

(Dövlət başçılarının nitqləri böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

                                                                                X X X

Sonra incəsənət ustalarının iştirakı ilə konsert oldu. Müğənnilərin ifasında səslənən hər iki dost və qardaş ölkənin xalq mahnıları, milli rəqslər böyük maraqla qarşılandı.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül incəsənət ustaları ilə görüşüb onlara uğurlar arzuladılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert