TÜRKİYƏ PREZİDENTİ AZƏRBAYCANIN BAŞ NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, noyabrın 7-də Türkiyə Prezidenti Abdullah Gül onun üçün ayrılmış iqamətgahda - “Ulduz” sarayında Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür.
Türkiyə dövlətinin başçısı öz səfərinin gedişindən, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarından məmnun olduğunu bildirərək dedi ki, Bakıda imzalanmış sənədlər qardaş xalqlar arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcəkdir.
İqtisadi sahədə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından söhbət açan Azərbaycanın Baş naziri bu əlaqələrin daha da inkişaf etdirilməsinin hər iki dövlətin mənafeyinə xidmət etdiyini bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.