TÜRKİYƏ PREZİDENTİ HEYDƏR ƏLİYEV MEYDANI VƏ CƏNCƏNİN GÖRMƏLİ YERLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Türkiyə Prezidenti və onun xanımı Hayrünnisa Gül Gəncənin ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzi meydanı və eləcə də şəhərin digər görməli yerlərini gəzdilər, musiqili fəvvarəyə tamaşa etdilər.
Gəzinti zamanı ali qonağa Azərbaycanın bu qədim şəhərinin tarixi abidələri haqqında ətraflı məlumat verildi.