Türkiyə Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında sazişlər imzalanıb
Bakı, 19 iyul, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Körfəz turu çərçivəsində Səudiyyə Ərəbistanı Krallığı ilə müxtəlif sahələrdə sazişlər imzalanıb.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətləri ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın görüşündən sonra sazişlər imzalanıb. Sazişlər birbaşa investisiyalar, müdafiə sənayesi, enerji, müdafiə və rabitə sahələrini əhatə edib.
Rəcəb Tayyib Ərdoğan daha sonra Birləşmiş Ərəb Əmirliklərinə gedib.
Xatırladaq ki, Türkiyə Prezidenti daha əvvəl Qətər Dövlətində olub və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Səfər çərçivəsində iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 50 illiyi münasibətilə xarici işlər nazirləri tərəfindən birgə bəyanat imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]