TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA
Hörmətli cənab Baş nazir,
Əziz dostum, qardaşım,
Milli bayramınız - Respublika günü münasibətilə Sizi və qardaş Türkiyə xalqını səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı xalqlarımızın iradə və məramını əks etdirən ən böyük sərvətimizdir. Əminəm ki, qarşılıqlı inam, etibar və dəstəyin parlaq mücəssəməsi olan münasibətlərimiz daim yaşayacaq və nəsillərdən-nəsillərə ötürülərək xalqlarımızın rifahına, ölkələrimizin yüksəlişinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, qardaş Türkiyə xalqına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 oktyabr 2007-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [10:57]
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub VİDEO
- 13.10.2026 [10:41]
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO
- 12.10.2026 [16:46]