TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ABDULLAH GÜLƏ
Hörmətli cənab Prezident,
Əziz dostum, qardaşım.
Türkiyənin milli bayramı - Respublika günü münasibətilə Sizə və bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Xalqlarımızın əsrlərdən bəri davam edən, tarixin ən çətin sınaqlarından çıxmış dostluq və qardaşlığı bu gün dövlətlərarası münasibətlərimizin ruhunda və məzmununda öz bariz ifadəsini tapır. Əminəm ki, belə möhkəm təməl üzərində qurulmuş müttəfiqliyimiz, həmrəyliyimiz və birliyimiz milli mənafelərimizin qorunması yolunda səylərimizin daim inam və güvənc yeri olacaqdır.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 oktyabr 2007-ci il.