Türkiyə Superliqası : “Kasımpaşa” - “Konyaspor” matçında qalib müəyyənləşməyib
Bakı, 18 may, AZƏRTAC
Mayın 17-də futbol üzrə Türkiyə Superliqasının XXXIII turunun ilk görüşündə “Kasımpaşa” öz meydanında “Konyaspor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Rəcəb Tayyib Ərdoğan” stadionunda keçirilən görüş gərgin hücumlarla yadda qalıb. Oyunda hesabı 25-ci dəqiqədə “Konyaspor”un futbolçusu Ömər Əli Şahiner açıb. Görüşün ilk hissəsi qonaqların üstünlüyü ilə başa çatıb - 0:1.
İkinci hissəyə hücumlarla başlayan meydan sahibləri 56-cı dəqiqədə hesaba tarazlıq gətiriblər. “Kasımpaşa”nın qoluna müdafiəçi Ben Yussef imza atıb - 1:1. Oyun elə bu hesabla başa çatıb.
Turun digər oyunlarında isə aşağıdakı komandalar qarşılaşacaq:
“Qalatasaray” - “Başakşəhər”
“Trabzonspor” - “Beşiktaş”
“Antalyaspor” - “Yeni Malatyaspor”
“Akhisarspor” - “Kayserispor”
“Bursaspor” - “Göztəpə”
“Alanyaspor” - “Rizəspor”
“Ərzurumspor” - “Fənərbağça”
“Ankaragücü” - “Sivasspor”.