Türkiyə Superliqası: "Qalatasaray " - "Beşiktaş" oyununda qalib müəyyənləşməyib
Bakı, 4 oktyabr, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi baş tutub.
AZƏRTAC xəbər verir ki, VIII tura təsadüf edən prinsipial matçda "Qalatasaray" öz meydanında "Beşiktaş"ı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Oyunda hesabı 12-ci dəqiqədə qonaqların heyətində Temmi Abraham açıb. 34-cü dəqiqədə ev sahibləri azlıqda qalıblar. Davinson Sançes birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, "Qalatasaray" məğlubiyyətdən qaça bilib. 54-ci dəqiqədə İlkay Gündoğan fərqlənərək, yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra "Qalatasaray" 22 xalla turnir cədvəlinə başçılıq edir. "Beşiktaş" isə 13 xalla 5-ci pillədə yer alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]