Türkiyədə 5,3 bal gücündə zəlzələ baş verib, xəsarət alanlar var - YENİLƏNİB
Bakı, 10 avqust, AZƏRTAC
Türkiyənin Malatya vilayətində baş verən zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar var.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, hazırda itkilər qeydə alınmayıb. “Bir qəzalı bina dağılıb. Qorxu və təlaşdan hündürlükdən tullanma nəticəsində 22 nəfər yüngül xəsarət alıb", - deyə nazir qeyd edib.
Bildirib ki, səlahiyyətli qurumlar hazırda ərazidə araşdırma aparır.
22:07
Türkiyənin Malatya vilayətində 5,3 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [22:14]
Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [20:00]