Türkiyədə baş vermiş meşə yanğınlarında PKK terror təşkilatının iştirakı var
İstanbul, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da İstanbulun Pendik rayonunda baş vermiş meşə yanğını ilə bağlı məlumat verən Türkiyənin Kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli hadisənin törədilməsində PKK terror təşkilatının iştirakı olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, məlumatda yanğınla bağlı saxlanılan şəxsin PKK terror təşkilatı ilə əlaqəli olduğu bildirilir.
Hadisə ilə bağlı İstanbul valisi Ali Yerlikaya ilə görüşdüyünü deyən B.Pakdemirli, bu ilin yay ayları boyunca qeydə alınan bütün meşə yanğınlarının qəsdlə törədildiyi barədə şübhələrin olduğu barədə məlumat verib.
Bildirilib ki, eyni anda eyni bölgədə və ya eyni anda fərqli bölgələrdə yanğınların baş verməsi, hadisənin qəsdən və ya terror təşkilatları tərəfindən törədilməsi şübhəsini oyadıb. Bundan əlavə baş vermiş yanğın hadisələrinin bir çoxunu da PKK terror təşkilatı öz üzərinə götürüb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]