Türkiyədə davam edən əlverişsiz hava şəraiti ağır fəsadlar törədir
İstanbul, 22 may, AZƏRTAC
Türkiyə ərazisində artıq iki gündür müşahidə edilən əlverişsiz hava şəraiti fəsadlar törətməyə davam edir.
AZƏRTAC xəbər verir ki, ölkənin Bursa vilayəti və ətraf rayonlarda yağan leysan yağışı gündəlik həyatda çətinliklər yaradıb. Bursanın Karacabey rayonunda dərə daşıb. Şəhərin küçə və prospektlərində irimiqyaslı gölməçələr yaranıb ki, bu da piyadaların, eləcə də avtomobillərin hərəkətini məhdudlaşdırıb. Bəzi evləri, iş yerlərini və əkin sahələrini su basıb, avtomobillər yollarda qalıb.
Xatırladaq ki, analoji vəziyyət Balıkesir və İzmir vilayətlərində də müşahidə edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]