Türkiyədə dörd kənd koronavirusla bağlı karantinə alınıb
İstanbul, 27 mart, AZƏRTAC
Türkiyənin Rize şəhərinin dörd kəndi yeni növ koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rize şəhərinin Səhiyyə İdarəsindən bildirilib.
Məlumatda şəhərin Kendirli qəsəbəsinə bağlı Yeni Səlimiyə, Beştepe, Esentepe və Maltepe kəndlərinin karantinə alındığı bildirilir. Bu ərazilərə giriş-çıxışlar dayandırılıb, yerli əhaliyə evdən çıxmamaq barədə xəbərdarlıq edilib.
Bu ərazilərdə xəstəliyin simptomları olan şəxslər nəzarətə alınacaq.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]