Türkiyədə yayın əvvəlindən indiyədək beş mindən artıq meşə yanğını baş verib
İstanbul, 15 avqust, Günel Karatepe, AZƏRTAC
Türkiyədə iyunun 1-dən bu günə qədər beş mindən artıq meşə yanğınına müdaxilə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.
İqlim dəyişikliyinə diqqət çəkən nazir bunun ən mühüm təzahürünün meşə yanğınları olduğunu, bu halın ərzaq təchizatı və təhlükəsizliyini də çətinləşdirdiyini deyib.
Qlobal istiləşmənin, həmçinin su problemi yaratdığını diqqətə çatdıran nazir qlobal iqlim dəyişikliyinin Türkiyəyə çox təsir edəcəyini söyləyib.
“Əgər suya qənaət etməsək, böyük bir problemlə üz-üzə qalacağımız aydındır. Buna görə də bizim su ehtiyatlarımızı səmərəli şəkildə istifadə etməkdən başqa çıxış yolumuz yoxdur”, – deyə Yumaklı bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]