TÜRKİYƏDƏ ZƏLZƏLƏ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 23-də yerli vaxtla saat 14.23 radələrində Türkiyənin Bursa vilayətində zəlzələ olmuşdur. Zəlzələnin episentrində - Kələs rayonunda yeraltı təkanların gücü Rixter cədvəli üzrə 4,8 bal olmuş, bəzi evlərin divarlarında çatlar əmələ gəlmişdir. Uçqun nəticəsində Kələs-Harmancık avtomobil yolu müvəqqəti olaraq bağlanmışdır. Kələs rayonu icra hakimiyyətinin başçısı Oqtay Qayanın verdiyi məlumata görə, zəlzələ nəticəsində zərərçəkən olmamışdır.