Türkiyədən idxal olunan bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Bakı, 5 mart, AZƏRTAC
Nəzarət tədbirləri çərçivəsində ölkəmizə "Vap Cate" MMC-nin Türkiyədən idxal etdiyi “Botafarma Sağlık Ürünleri Tic. Ve San. Ltd. Şti” müəssisəsinin istehsalı olan 504 ədəd “Terris Actıve ,Tablet N 90” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (istehsal tarixi 22 sentyabr 2025 – son istifadə tarixi 22 sentyabr 2028-ci il, 501 partiya nömrəli), müayinələrə cəlb olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sınaq nəticəsində məhsul partiyasında “vitamin B12” miqdarının normadan aşağı olduğu müəyyən edilib.
Uyğunsuzluq aşkarlanan məhsul partiyası barədə AQTA tərəfindən qərar qəbul olunaraq məhv edilib.