Türkiyəli gimnast Gürkan Mutlu: Bakıda həmişə yüksək qonaqpərvərlik görürük
Bakı, 18 noyabr, Həsrət Mahmudova, AZƏRTAC
Bakını çox sevirəm. Paytaxtınızda yarışlarda iştirak etməkdən böyük zövq alıram. Burada həmişə yüksək qonaqpərvərlik görürük.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda təşkil olunan batut gimnastikası üzrə dünya çempionatının türkiyəli iştirakçısı Gürkan Mutlu deyib.
Azərbaycanda özünü evdəki kimi hiss etdiyini vurğulayan gimnast bildirib: “Bütün iştirakçılar kimi, mən də yüksək təşkilatçılıqdan məmnunam. Bakıda dünya kubokunun mərhələ yarışlarında da iştirak etmişəm. Milli Gimnastika Arenasında hər zaman gülərüz və peşəkar insanlarla üz-üzə qarşılaşmışam. Yüksək təşkilatçılığa görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast mübarizə aparır. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilk iki günündə təsnifat, sonuncu iki gündə isə final yarışları keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]