TÜRKİYƏLİ HÜQUQŞÜNAS AVROPA İNSAN HAQQLARI MƏHKƏMƏSİNƏ MÜRACİƏT ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Ankaradan xəbər verir ki, Türkiyənin Qayseri şəhərində yaşayan hüquqşünas Orxan Pəkmezci Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edərək, “erməni soyqırımı” ilə əlaqədar Fransa Parlamentinin qəbul etdiyi qərarın ədalətsiz olduğunu bildirmişdir. AİHM türkiyəli vətəndaşın bu müraciətini müzakirə etmiş və gündəliyə salmışdır. Orxan Pəkmezciyə müvafiq dəlil və sənədlərin toplanması üçün bir il müddət verilmişdir. Hüquqşünas Fransa parlamentinin qəbul etdiyi qərarı birtərəfli, siyasi, ədalətsiz qərar adlandıraraq, bu ölkədən 171 milyon avro məbləğində təzminat və qərarın ləğv olunmasını istəmişdir. Onun müraciəti AİHM-i tərəfindən 2004-cü ilin sonunda müzakirəyə çıxarılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]