Türkiyəli professor: Metsamor AES Türkiyə üçün ən böyük radiasiya riski daşıyır
Ankara, 25 iyun, AZƏRTAC
Türkiyə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən yoxlamaların təşkili və Metsamor AES-də vaxtaşırı monitorinqin aparılması üçün Ermənistana diplomatik təzyiqi artırmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri İstanbul Texniki Universitetinin professoru Mikdat Kadıoğlu deyib.
Türkiyəli professor əlavə edib: “Metsamor AES Türkiyə sərhədindən cəmi onlarla kilometr aralıda yerləşir. İğdır və Erzurum istiqamətində əsən küləklər Türkiyənin şərq bölgələrinə radiasiya yaya bilər. AES-də partlayış və ya sızma baş verəcəyi təqdirdə ən böyük radiasiya riski Ermənistandan gələcək”.
Ekspert, həmçinin Bolqarıstan və İrandakı AES-lərin də potensial çirklənmə təhlükəsinə diqqət çəkib.
Onun fikrincə, Türkiyə hüdudlarından kənarda hava kütlələrinin axınlarının davamlı meteoroloji monitorinqini və radiasiya səviyyəsinin daimi ölçülməsini təşkil etmək lazımdır ki, bu da gözlənilməz şəraitdə vaxtında analiz aparmağa və təcili tədbir görməyə imkan verəcək.
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]