Türkiyəli tanınmış basketbolçu: “Sabah”ı avrokuboklardakı çıxışından tanıyıram - EKSKLÜZİV
Bakı, 17 fevral, Cavid Əliyev, AZƏRTAC
Düzünü desəm, Azərbaycan basketbolu barədə elə də çox informasiyaya sahib deyiləm. Amma bəzi oyunçuları tanıyıram.
Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Türkiyə millisinin sabiq basketbolçusu Oğuz Savaş deyib
38 yaşlı veteran oyunçu yığmanın heyətində 3 basketbolçunu fərqləndirib: “Orxan Aydın Hacıyev, həmçinin Zak LeDay və Donta Hall kimi basketbolçuları izləmək imkanım olub. Bir də liqanızda "Sabah" komandası var. Avrokuboklardakı çıxışı ilə yadımda qalıb".
O. Savaş bu mövsüm Avroliqada favorit hesab etdiyi komandanın adını da çəkib: "Mənə görə, bu, keçmiş komandam "Fənərbağça"dır (gülür). Heyəti çox balanslıdır, həm təcrübəli, həm də enerjili oyunçular var. "Olimpiakos" və "Panatinaikos" kimi kollektivlər də iddialıdırlar".
Qeyd edək ki, Oğuz Savaş Türkiyə millisinin heyətində 293 oyunda meydana çıxıb. O, 2010-cu ildə təşkil edilən dünya çempionatında gümüş medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]