Türkiyəni qanunsuz yollarla tərk etməyə çalışan 92 miqrant saxlanılıb
İstanbul, 18 mart, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Muğla vilayətinin Bodrum rayonu sahillərində iki qayıqla qanunsuz yollarla ölkə ərazisini tərk etməyə çalışan 92 miqrant saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, İtaliyaya getmək üçün yola çıxan yelkənli qayıq Türkiyənin Sahil Mühafizə qrupları tərəfindən dayandırılıb. Qayıqda 28-i uşaq olmaqla 67 qeyri-qanuni immiqrantın olduğu müəyyən edilib. Aşkarlanan digər rezin qayıqda isə 25 miqrant saxlanılıb.
Bu şəxslər Türkiyənin aidiyyəti qurumlarına təhvil veriliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]