Türkiyənin 47 vilayətində meşə massivlərinə girişə müvəqqəti qadağa qoyulub
Ankara, 28 iyun, AZƏRTAC
Türkiyənin Meşə Yanğınları ilə Mübarizə Komissiyası ölkənin 47 vilayətində meşə massivlərinə girişi müvəqqəti olaraq qadağan edib.
AZƏRTAC xəbər verir ki, qərar Türkiyənin onlarla vilayətinin valiləri tərəfindən dəstəklənib.
Komissiyanın qərarına əsasən, Türkiyənin ayrı-ayrı bölgələrində meşə yanğınları təhlükəsi ilə bağlı anomal istilər fonunda Qara dəniz sahil zolağının 11 vilayətində, Mərmərə dəniz bölgəsinin 10 vilayətində, Egey dənizinin sahil zolağının 8 vilayətində, Aralıq dənizi sahil hissəsinin 8 vilayətində, Cənub-Şərqi Anadolu bölgəsinin üç vilayətində, Şərqi Anadolu regionunun iki vilayətində və İç Anadolu bölgəsinin beş vilayətində yaşıllıq massivlərinə girişin qadağan edilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, son günlər Türkiyənin bir sıra vilayətində, o cümlədən İzmir və Sakarya bölgələrində yanğınsöndürənlər meşə yanğınları ilə mübarizə aparır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]