Türkiyənin Ali Məhkəməsinin sədri Mehmet Akarca Naxçıvanda səfərdə olub
Bakı, 11 iyul, AZƏRTAC
Türkiyə Respublikasının Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olublar.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində qonaqlar Naxçıvanın zəngin tarixi-mədəni abidələri, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və "Elektron Prokurorluq İnformasiya Sistemi", eləcə də muxtar respublikanın Ali Məhkəməsinin fəaliyyəti ilə əyani tanış olublar.
Nümayəndə heyətinin səfəri başa çatıb.