Türkiyənin daha iki vilayətinin yaşayış məntəqələrində karantin rejimi elan olunub
Ankara, 28 mart, AZƏRTAC
Türkiyənin Van vilayətinin Çaldıran rayonun Han məhəlləsində və Yozqat vilayətinin Çekerek rayonunun Yuxarı Karahasılı kəndində karantin rejimi elan olunub.
AZƏRTAC xəbər verir ki, buna səbəb hər iki yaşayış məntəqəsində yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının aşkarlanmasıdır. Digər bir məlumata görə isə müxtəlif şəhərlərdə 12 polis əməkdaşının virusa yoluxduğu təsdiqini tapıb. İnfeksiyaya məruz qalan qanun keşikçiləri əhali ilə sıx təmasda xidmət aparıblar.
Qeyd edək ki, Daxili İşlər naziri Süleyman Soylunun məlumatına görə, martın 27-də Türkiyədə koronavirusun yayılması təhlükəsi ilə əlaqədar 12 kənd və qəsəbədə karantin rejimi tətbiq edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]