Türkiyənin daxili işlər naziri: Ötən ilin iyunundan 817 terrorçu zərərsizləşdirilib
Ankara, 15 mart, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 1 iyun 2023-cü il tarixindən 12 mart 2024-cü il tarixinədək ölkənin müxtəlif regionlarında 817 terrorçunun zərərsizləşdirildiyini bildirib.
AZƏRTAC xəbər verir ki, nazir qeyd olunan dövrdə Türkiyədə 22 min 234 antiterror əməliyyatının aparıldığını, bu çərçivədə 60 yaraqlının öldürüldüyünü, 640 nəfərin ələ keçirildiyini, 117 nəfərin isə silahlarını yerə qoyaraq hüquq-mühafizə orqanlarına təslim olduqlarını qeyd edib.
Türkiyənin DİN rəhbəri terrorizmin maliyyələşdirilməsi kanallarının qarşısının alınmasının vacibliyini vurğulayıb.
“1 iyun 2023-cü il tarixindən 12 mart 2024-cü il tarixinədək cinayətkar qurumların maliyyə axınlarının qarşısının alınması üçün 183 əməliyyat aparılmış, 179 nəfər həbs edilmiş, 28 milyon 678 min lirəlik qanunsuz vəsait müsadirə edilmişdir”, – deyə A.Yerlikaya əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]
Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]