TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ ABDULLAH GÜL ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəmanların məzarları üstünə güc-çiçək dəstəsi düzən Abdullah Gül “Əbədi məşəl” xatirə kompleksinin önünə əklil qoymuşdur. Türkiyənin xarici işlər naziri xatirə kitabına ürək sözlərini yazmış, Şəhidlər xiyabanından şəhərin mənzərəsi ilə tanış olmuşdur.
Sonra Abdullah Gül şəhid türk əsgərlərinin xatirə kompleksinə əklil qoymuş, xatirə kitabına ürək sözlərini yazmışdır. Cümə məscidində olan Abdullah Gül burada cümə namazına toplaşmış Türkiyə vətəndaşları ilə görüşmüş, onların problemləri ilə maraqlanmışdır.
Qonağı bu tədbirlərdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz və digər rəsmi şəxslər müşayiət etmişlər.