TÜRKMƏNİSTAN-AZƏRBAYCAN DANIŞIQLARI BAŞLANMIŞDIR
Tərəflər Xəzərin orta xəttinin hər iki dövlət üçün əlverişli metodunu müəyyənləşdirməyə çalışacaqlar.
Türkmənistanla Azərbaycan arasında örta xəttin müəyyən edilməsi məsələsi “Çıraq” (“Osman”) və “Azəri” (“Xəzər”) yataqları ətrafında olan fikir ayrılığına görə uzanır. Türkmənistan bu yataqların işlənilməsində Azərbaycanın birtərəfli fəaliyyət göstərdiyini iddia edir.
Xəzər dənizinin dibinin bölünməsinə dair ikitərəfli Türkmənistan-Azərbaycan danışıqları sonuncu dəfə 2001-ci ilin may ayında Aşqabadda keçirilmişdir. O zaman tərəflər müəyyən bir razılığa gələ bilməmişdilər.
Yanvarın 29-da danışıqlar davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]