TÜRKMƏNİSTAN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB QURBANQULU BERDİMƏHƏMMƏDOVA
Hörmətli Qurbanqulu Məlikquliyeviç,
Türkmənistanın milli bayramı - Müstəqillik günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.
Çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan dövlətlərarası münasibətlərimiz indi yeni məzmun kəsb edir. İnanıram ki, qarşılıqlı surətdə faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi naminə birgə səylərimiz bundan sonra da xalqlarımızın mənafelərinə, regionda sabitliyə, təhlükəsizliyə və tərəqqiyə xidmət edəcəkdir.
Hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Türkmənistan xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 oktyabr 2007-ci il