“Tutinamə” əsəri yenidən nəşr edilib
Bakı, 29 mart, AZƏRTAC
XIV əsr müəllifi Ziyaəddin Nəxşəbinin böyük ustalıqla fars dilinə tərcümə etdiyi məşhur “Tutinamə” əsəri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yenidən nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əsəri yeni redaktə ilə fars dilindən Azərbaycan dilinə tərcümə edən institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru,dosent Əkrəm Bağırovdur.
İlk dəfə qədim hind dilində yaranmış və dastan-rəvayətlərdən ibarət olan bu əsər Hindistanın Türk-Moğol şahzadələrinin tərbiyəsi üçün nəzərdə tutulmuş və bu gün də öz əxlaqi-didaktik əhəmiyyətini saxlamaqdadır.
Əlyazmalar İnstitutunda mühafizə olunan iki əlyazma nüsxəsi əsasında tərcümə olunan əsərə geniş “Ön söz” və şərhlər yazılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [12:45]
Paytaxt məktəblisi öz mobil tətbiqini yaradıb
- 23.06.2026 [12:10]
ADPU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir
- 23.06.2026 [11:57]
ADPU-da fakültələr üzrə məzun görüşləri təşkil olunub
- 23.06.2026 [11:24]
Professor Habil Məmmədovun 60 illik yubileyi qeyd olunub
- 23.06.2026 [11:18]
SABAH qruplarında tədris fəaliyyəti üçün müraciət qəbulu başlanıb
- 23.06.2026 [11:11]