Ucar rayonunda 28 ağacın kəsilməsi nəticəsində təbiətə 4810 manat ziyan dəyib
Bakı, 19 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Ucar rayonu, Gəraybəyli kənd sakini Surxay Rəhimov tərəfindən ona məxsus istirahət mərkəzinin həyətindəki ağacların icarəçi tərəfindən qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları, şikayətçi - “Göbələk” istirahət mərkəzinin sahibi və icarəçinin iştirakı ilə yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı diametri 5-40 santimetr olan yaşköküstə 28 müxtəlifcinsli (şərq çinarı, qovaq, söyüd, sərv, qarağac, tut, armud, əncir, heyva, albalı) ağacın kəsildiyi məlum olub.
Araşdırma zamanı torpaq mülkiyyətçisi S.Rəhimov yazılı izahat verərək ağacların icarədar Ucar rayon sakini Ramil Abdullayev tərəfindən kəsildiyini bildirib. Faktla bağlı akt tərtib olunub və təbiətə 4810 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]