Üçüncü rübdə 53 tikinti obyekti üçün elektrik qurğularına istismara buraxılış aktı verilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Cari ilin üçüncü rübündə Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizatı sxemini dəyişən 53 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.
AERA-dan AZƏRTAC-a bildirilib ki, müxtəlif tikinti obyektlərinin elektrik qurğularının ekspertizadan keçirilərək razılaşdırılmış layihə sənədlərinin sayı ötən rüblə müqayisədə 14 faiz artaraq 69-a çatıb. On bir layihə sənədi aşkar olunmuş çatışmazlıq səbəbindən sahibkarlara geri qaytarılıb ki, bu da 2-ci rübə nisbətən 31 faiz azalma deməkdir.
Üçüncü rübdə 20 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğaclar kompüterlə oxunub. Rüb ərzində 144 razılaşdırılmış layihəyə əsasən, sənaye qaz qurğularının istismarına icazə verilib ki, bu da 2-ci rübə nisbətən 60 faiz artım deməkdir. Layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 2-ci rüblə müqayisədə 66 faiz artaraq 860-a çatıb.
Qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 3 qeyri-qanuni qoşulma faktı aşkar edilib. Rüb ərzində 65 inzibati xəta haqqında protokol tərtib edilib ki, bu da 2-ci rüblə müqayisədə 51 faiz azalma deməkdir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il 17 avqust tarixli Fərmanı ilə agentliyə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə tədbirlər görmək səlahiyyətləri verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]
Kadrların seçimi mövzusunda təlim keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]