Uels Şahzadəsi Çarlzın koronavirus testinin nəticələri müsbət olub
London, 25 mart , AZƏRTAC
Böyük Britaniya kraliçası II Elizabetin oğlu və taxtın varisi, Uels Şahzadəsi Çarlzın koronavirus testinin nəticəsinin müsbət olduğu açıqlanıb.
Açıqlamada 71 yaşlı Şahzadə Çarlzın yüngül simptomlar göstərdiyi və ümumi sağlamlığının yaxşı olduğu bildirilib. Şahzadə Çarlz və həyat yoldaşı Şotlandiyanın Balmoral şəhərindəki iqamətgahında özlərini təcrid vəziyyətində saxlayırlar.
Həyat yoldaşı, 72 yaşlı Kornuall Düşesi Kamilla da testdən keçirilib, amma nəticə mənfi olub.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [18:24]
Qazaxıstanda antiterror təlimləri təşkil olunacaq
- 23.06.2026 [17:43]
Qazaxıstanda Senat və Məclis sonuncu birgə iclasını keçirəcək
- 23.06.2026 [16:33]
Özbəkistanın iki keçmiş kəndi rəsmi olaraq Qırğızıstanın tərkibinə verilib
- 23.06.2026 [16:18]