Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib
Kiyev, 22 sentyabr, AZƏRTAC
Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəhbəri Serqey Knyazev məlumat verib.
Milli Polisin mətbuat xidmətinin yaydığı məlumata görə, Ukrayna Türkiyə tərəfinin cinayətkarlıqla bağlı bütün sorğulara cavab verib. Belə ki, Ukrayna əlavə olaraq dələduzluqda ittiham olunan 31, qaçaqmalçılıqda şübhəli bilinən 36 nəfəri Türkiyə tərəfinə təhvil verib.
Məlumatda qeyd olunur ki, hər iki ölkənin hüquq-mühafizə orqanları İnterpol vasitəsilə beynəlxalq axtarışda olan cinayətkarların saxlanılması üçün əməkdaşlığını davam etdirir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]