Ukrayna və Türkiyə sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasına dair razılığa gəlib
Kiyev, 22 sentyabr, AZƏRTAC
Ukrayna və Türkiyə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı ilkin razılığa gəlib.
AZƏRTAC Ukrayna Milli Polisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə razılıq hər iki ölkənin Daxili İşlər nazirlərinin görüşündə əldə edilib.
Məlumata görə, yaxın zamanlarda Ukrayna ilə Türkiyə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı saziş də imzalanacaq.
Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi İstanbulda səfərdədir. Səfər çərçivəsində Ukraynanın istehsal etdiyi “An-178” təyyarəsinin Türkiyəyə satışı məsələsi də müzakirə olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]