UKRAYNADA “AZƏRBAYCANIN SƏSİ” QƏZETİNİN NÖVBƏTİ NÖMRƏSİ ÇIXMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) orqanı olan “Azərbaycanın səsi” qəzetinin növbəti nömrəsi çapdan çıxmışdır. Redaksiya heyətinin tərkibi dəyişildikdən sonra bu dövri nəşr peşəkarlığı və nəfis tərtibatı ilə fərqlənir. Yeni nömrədə Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Kiyevə rəsmi səfərinin, burada keçirilən enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş zirvə görüşündə iştirakının, habelə Ukrayna Prezidenti Viktor Yuşşenkonun Bakıya işgüzar səfərinin yekunlarına dair analitik məqalə dərc edilmişdir. Qəzet yazır ki, iki dost ölkə rəhbərlərinin qarşılıqlı tarixi səfərləri Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın yeni perspektivlərini açmışdır.
Qəzetin səhifələrində Rusiya Prezidenti Dmitri Medvedevin və Moldova dövlətinin başçısı Vladimir Voroninin Azərbaycana rəsmi səfərlərindən, Azərbaycan-Türkmənistan münasibətlərinin fəallaşmasından, GUAM-ın 3-cü zirvə görüşündən, prezident seçkiləri ərəfəsində Azərbaycanda ictimai-siyasi sabitlikdən bəhs edən materiallarla da tanış olmaq mümkündür.
Bundan əlavə, qəzetdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv analitik məqalə, ölkəmizin Ukraynadakı səfirliyinin soydaşlarımızın hüquqlarının qorunması ilə bağlı fəaliyyətindən, diasporun həyatından bəhs edən yazılar da dərc edilmişdir. AZƏRTAC-ın çoxsaylı informasiyalarından da istifadə olunan qəzet Azərbaycan, Ukrayna və rus dillərində çıxmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [16:24]
San-Fransisko və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş
- 18.05.2026 [10:25]
Diaspor körpüsü: ABŞ-nin Corciya ştatında Azərbaycan icmasının toplantısı
- 06.05.2026 [11:44]
Azərbaycan və Vyetnam mədəni-humanitar əməkdaşlığı genişləndirir
- 24.04.2026 [19:26]