Ukraynada karantin dövrü aprelin 24-dək uzadılıb
Kiyev, 25 mart, AZƏRTAC
Ukrayna Nazirlər Kabineti koronavirusla bağlı karantin dövrünü uzadıb.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti bu gün keçirdiyi iclasında Ukraynada karantin dövrünü aprelin 24-dək uzadıb.
“Biz Ukraynada karantin və fövqəladə vəziyyəti daha 30 gün, aprelin 24-dək uzatdıq, ancaq bu müddət yenə də uzadıla bilər”, - deyə Baş Nazir Denis Şmıqal deyib.
Qeyd edək ki, Ukraynada artıq 113 insan koronavirusa yoluxub. Ukraynanın 13 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan isə 4 nəfər həyatını itirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [21:36]
Rubio: Heç bir ölkə beynəlxalq su yolunda rüsum tələb edə bilməz
- 23.06.2026 [21:03]
Çexiya hökuməti praqmatik xarici iqtisadi siyasət yürüdəcək
- 23.06.2026 [20:54]
Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub
- 23.06.2026 [20:34]
Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb
- 23.06.2026 [18:24]