Ukraynanın nüfuzlu KİV-ləri Ermənistanın Gəncəni raket atəşinə tutması barədə məlumatlar yayıb
Kiyev, 11 oktyabr, AZƏRTAC
Ukraynanın nüfuzlu KİV-ləri Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması barədə məqalələr dərc edib.
AZƏRTAC xəbər verir ki, “UNİAN”, “Ukrinform”, “RBK-Ukrayna” informasiya agentliklərində, “QORDON” nəşrində dərc edilən məqalələrdə, “TSN”, “Ukraina-24” telekanallarında yayımlanan reportajlarda oktyabrın 11-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında məlumatlar yer alıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev