Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu öndər Heydər Əliyevin xatirəsinə ümumxalq məhəbbəti tükənməzdir

Bakı, 12 dekabr, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin vəfatından on bir il keçir. Bu dahi şəxsiyyət misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Bu böyük insan öz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır. Heydər Əliyev çağdaş Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalıb və qalacaq. Dahi şəxsiyyət Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının Ümummilli Liderinə, dünya siyasətinin nəhənglərindən birinə çevirib. Ona görə də Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq öyünür.

Ötən on bir il ərzində xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu bir an belə unutmayıb. Onun uyuduğu Fəxri xiyabandan ziyarətçi ayağı heç vaxt kəsilməyib. Bu günlər Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda, xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimləri keçirilir.

Hər il olduğu kimi, bu il də dekabrın 12-də insanlar səhər tezdən Fəxri xiyabana axışırdılar. Axışırdılar ki, müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş bu böyük insanın, unudulmaz şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirsinlər.

Onlardan biri də paytaxt sakini, pensiyaçı Sara Vəliyeva idi. Ulu Öndərin zəngin həyat yolunun hər kəsə nəsib olmayan yenilməz siyasi iradənin, xalqına, Vətəninə sonsuz məhəbbətin təcəssümü olduğunu bildirən S.Vəliyeva onun məzarını ziyarət etməsini dahi rəhbərə sonsuz sevgisi ilə əlaqələndirərək dedi:

- Ulu öndər Heydər Əliyev o nadir şəxsiyyətlərdəndir ki, hələ sağlığında xalqının qəlbində özünə möhtəşəm abidə ucaldaraq canlı əfsanəyə çevrilmişdi. Yaşımın çox olmasına baxmayaraq, çalışıram ki, hər il dekabrın 12-də - Heydər Əliyevin vəfatı günündə Fəxri xiyabana gəlib dahi şəxsiyyətin məzarını ziyarət edim. Bunu özümə vətəndaşlıq borcu hesab edirəm. Bu gün ziyarətə gələn gəncləri görəndə ürəyim dağa dönür. Sevinirəm ki, gənc nəsil Ulu Öndərinin xatirəsini daim əziz tutur. Heydər Əliyev bugünkü müasir müstəqil Azərbaycanı qurub-yaratdı və bizə ərməğan qoyub getdi. Biz də bu dövləti göz bəbəyimiz kimi qorumalı, Ulu Öndərin bu günümüz və sabahımız üçün gördüyü işləri daim xatırlamalıyıq.

Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Fəxri xiyabana gələn Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) üzvü, Böyük Britaniyanın Qlazqo Universitetinin tələbəsi Toğrul Məmmədli Ulu Öndərin gənclər siyasətinin uğurlarından danışaraq dedi:

- Gənclərə hər zaman diqqət göstərən, onların qayğısının, problemlərinin həllinə xüsusi fikir verən Ümummilli Liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Ulu Öndər dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Azərbaycan gəncliyi hər zaman Ulu Öndərin xatirəsini əziz tutacaq, dövlətimizin qüdrətinin artması, xalqımızın rifahının yüksəlməsi, ölkəmizin inkişafı üçün həyata keçirilən işlərdə yaxından iştirak edəcək.

Ziyarətə gələnlər yaxşı bilirlər ki, “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafına xidmət olmuşdur”, - deyən ulu öndər Heydər Əliyev 30 ildən artıq bir müddətdə - istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxarıb. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövr sadəcə təqvim göstəricisi deyil. Bu dövr Azərbaycan üçün yeni üfüqlər, yeni zirvələr deməkdir. Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə edib, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olub.

Bu uğurların əhəmiyyətini vurğulayan Rəsul Qurbanov Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərin tariximizə böyük siyasi dönüşlər və yeni mərhələlərin başlanğıcı kimi yazıldığını bildirərək dedi:

- Ümummilli Liderin siyasi, iqtisadi, mədəni və sosial-ictimai həyatımızın bütün sahələrində həyata keçirdiyi strateji islahatlar artıq gerçəkliyə çevrilib. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Heydər Əliyevin Vətənimiz və xalqımız qarşısında ən böyük xidməti Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, dövlətimizi və dövlətçiliyimizi möhkəmləndirmək olub. Onun lider kimi tarixi fəaliyyəti nəsillər üçün böyük bir məktəb olaraq, xalqımızın yalnız bu günü deyil, işıqlı sabahı üçün də geniş üfüqlər açıb. Biz hələ sağlığında əfsanələşən Heydər Əliyevin böyüklüyünü zaman keçdikcə daha çox hiss edəcəyik. Ümummilli Liderin Vətənimiz, xalqımız üçün gördüyü misilsiz işləri hər zaman xatırlamalıyıq. Çünki bizim borcumuz onun böyük zəhmətlə qurub-yaratdığı Azərbaycan dövlətini daha da inkişaf etdirməkdən ibarətdir ki, bunu da Heydər Əliyev ideyaları ətrafında sıx birləşmədən həyata keçirmək mümkün deyil.

Ümummilli lider Heydər Əliyev fəaliyyəti boyu nə iş görübsə, orada azərbaycançılıq məfkurəsinin izləri var. Bu məfkurə müstəqillik illərində daha da inkişaf edib, müstəqil dövlətimizin sarsılmaz dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycanda hansı sahəyə üz tuturuqsa, orada Ümummilli Liderin təməlini qoyduğu möhtəşəm işlərin yadigarlarını görürük.

Ötən əsrin 90-cı illərində - ölkəmiz üçün olduqca mürəkkəb və gərgin bir dövrdə öz xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən Ulu Öndər respublikada baş alıb gedən xaos və anarxiyaya qısa zaman kəsiyində son qoydu, uğurlu sosial-iqtisadi islahatlar həyata keçirməklə Azərbaycanı dünyanın hərtərəfli inkişaf edən dövlətləri sırasına çıxardı. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, sürətli sosial-iqtisadi inkişaf dinamikasına malik olan müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir.

Bu baxımdan Müdafiə Sənayesi Nazirliyinin “Aqreqat” İstehsalat Birliyinin əməkdaşı Məzahir Qasımovun fikirlərini xatırlatmaq yerinə düşər:

- Ümummilli lider Heydər Əliyev müasir tariximizə dahi xilaskar, böyük qurucu kimi daxil olub. Onun həyat yolu, xeyirxah əməlləri xalqımızın yaddaşına əbədi həkk olunub. Çünki o, Azərbaycanın ən ağır, məşəqqətli günlərində xilaskar kimi köməyə gəlib, canından artıq sevdiyi doğma xalqına dünya birliyində layiqli yer tutan, möhkəm dövlətçilik təsisatları olan, iqtisadi cəhətdən qüdrətli və dayanıqlı müstəqil bir dövlət bəxş edib. Ümummilli Liderin genişmiqyaslı fəaliyyəti ilə bağlı olan 30 ildən artıq bir dövr böyük quruculuq və milli dirçəliş illəri kimi Azərbaycan tarixinə əbədi yazılıb. Heydər Əliyev, sözün əsl mənasında, Vətənin böyük oğlu, lideri, bənzərsiz dövlət xadimi idi. O, respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə çatdırdı. Azərbaycanın bir dövlət kimi siyasətini, iqtisadiyyatını, mədəniyyətini, elmini, təhsilini dünya standartları səviyyəsinə qaldırdı, respublikamıza rəhbərlik etdiyi dövrdə Vətənimizin ən ağır vaxtlarında, ən çətin məqamlarında belə onu təklənməyə, dağılmağa qoymadı. Bir sözlə, Heydər Əliyevin xidmətlərini sadalamaqla qurtarmaq olmaz. Bu böyük şəxsiyyət daim bizim qəlbimizdə yaşayacaq.

Dahi şəxsiyyət Heydər Əliyevin iqtisadi islahatlar irsini araşdıran mütəxəssislər yazırlar ki, Azərbaycanın yeni inkişaf modelində Ulu Öndərin neft strategiyası mühüm rol oynayıb. Bütün çoxsaylı maneələrə və təzyiqlərə baxmayaraq, bu strategiya 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə reallaşmağa başladı. Dahi şəxsiyyətin ərsəyə gətirdiyi bu layihə müstəqil dövlətimizin qüdrətli inkişafının rəhni oldu.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin şöbə rəisi Xalid Səfərəliyev Ulu Öndərin yeni neft strategiyasının əhəmiyyətini vurğulayaraq dedi:

- “Əsrin müqaviləsi” ilə Azərbaycana sərmayə axını başladı. Bütün sahələrdə islahatlar vüsət götürdü, ölkədə yeni sənaye müəssisələri yaradıldı. Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxdı. Neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi iqtisadiyyatın şaxələndirilməsi ilə nəticələndi. Mənim çalışdığım “Azərbaycan Dəmir Yolları” da yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan ölkənin daxili polad magistralının yenidən qurulması ilə yanaşı, Qərb ilə Şərqi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihənin təşəbbüsçüsü oldu. Bu beynəlxalq layihənin reallaşdırılması ölkəmizin tranzit əhəmiyyətini daha da artıracaq. Azərbaycan təkcə bu layihənin deyil, bir çox beynəlxalq layihələrin müəllifidir. Bu, ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Ölkənin iqtisadi müstəqilliyi siyasi islahatlarla möhkəmləndirilməli idi. Bu mənada Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaradıb. Ölkəmizdə çoxpartiyalılıq əsasında demokratik parlament seçilib, siyasi plüralizm, söz, mətbuat, vicdan azadlığı bərqərar olub.

Anım günündə Ulu Öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəkər Məmmədova dedi:

- Ulu öndər Heydər Əliyev Azərbaycanda sivil, demokratik, hüquqi dövlətin banisi və qurucusu kimi hər bir azərbaycanlının qəlbində əbədi məskən salıb. Demokratik dövlət quruculuğu istiqamətində Heydər Əliyevin ən mühüm addımlarından biri də o oldu ki, Azərbaycan Avropa Şurasına üzv qəbul edildi. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın bir çox ölkələr, mötəbər beynəlxalq təşkilatlar ilə əlaqələri gündən-günə möhkəmləndi. Azərbaycan 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçildi və bu quruma 2 dəfə uğurla sədrlik etdi. Azərbaycan ATƏT, Avropa Şurası, NATO Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq edir. Heydər Əliyevin Azərbaycan üçün etdikləri o qədərdir ki, onları bir neçə cümlədə ifadə etmək mümkün deyil. Ulu öndər Heydər Əliyevin dövlətçiliyimiz, xalqımız qarşısındakı misilsiz xidmətləri Azərbaycan durduqca xatırlanacaq. Heydər Əliyev bütün dünya azərbaycanlılarının qəlbində silinməz iz buraxıb.

Gün ərzində insanların Fəxri xiyabana axını davam edirdi. Ziyarətçilər buraya həm də sonsuz qürur hissi və sarsılmaz inamla gəlirdilər. Onlar fəxr edirlər ki, Azərbaycanın qazandığı uğurlar dünyanın diqqət mərkəzindədir, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasəti sayəsində artıq müstəqil dövlətimiz, sosial-iqtisadi sabitliyimiz və dinamik inkişaf edən iqtisadiyyatımız vardır. Xalqımız əmindir ki, Ulu Öndərimizin quruculuq xətti bundan sonra da uğurla davam etdiriləcək, Azərbaycanımızın ərazi bütövlüyü təmin olunacaq, əhalinin rifahı daha da yaxşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq