Ulu Öndər uşaqlara daim qayğı göstərib
Tbilisi, 1 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Gürcüstanın Kvemo Kartli bölgəsindəki Azərbaycandilli məktəbdə növbəti maarifləndirici dərs keçirilib.
AZƏRTAC xəbər verir ki, dərs Gürcüstandakı Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Marneuli rayonunun Böyük Muğanlı kənd ictimai məktəbində reallaşıb.
Səfirliyin məsul əməkdaşı Ramiz Hacızadə Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat verib, Ümummilli Liderin uşaqlara qayğısından danışıb.
Böyük Muğanlı ictimai məktəbinin direktoru Musa Yusifli göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. Məktəblilər Ulu Öndərlə bağlı şeirlər söyləyiblər.
Qeyd edək ki, maarifləndirici tədbirlər cari ilin mayın 5-dək davam edəcək. Açıq dərslər Gürcüstanın paytaxtı Tbilisi şəhərində, eləcə də Qardabani rayonunun məktəblərində də keçiriləcək.
Ümumilikdə 10-dan çox belə tədbirlərin təşkili nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi