Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş müsabiqə - “İlin gənc alimi və tədqiqatçısı”
Bakı, 14 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsi elan edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, müsabiqə ötən il ərzində fəal, səmərəli elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olan, nüfuzlu jurnallarda dərc edilən elmi məqalələri, monoqrafiya, dərslik, dərs vəsaiti və digər elmi əsərləri olan, eyni zamanda, ADPU-nun və filiallarının ictimai-siyasi həyatında elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş doktorant və tədqiqatçıların müəyyənləşdirilməsi və mükafatlandırılması məqsədilə keçirilir.
Müsabiqədə qaliblər 2 nominasiya üzrə - dəqiq və təbiət elmləri və humanitar və ictimai elmlər üzrə “İlin gənc alimi və tədqiqatçısı” adını alacaq, diplom və pul mükafatları ilə təltif ediləcəklər. Birinci yerin qalibinə 350, ikinci yerin qalibinə 250, üçüncü yerin qalibinə 150 manat veriləcək.
Müsabiqəyə təqdim olunan sənədlər ADPU Elmi şurasının nəzdindəki Elm komissiyası tərəfindən qiymətləndiriləcək.
Sənədlər yanvarın 25-dək qəbul olunur.
Müsabiqədə ADPU və onun filiallarında fəaliyyət göstərən 40 yaşına qədər şəxslər iştirak edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]