ULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ MİNİ-FUTBOL TURNİRİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 19-23-də Kiyevdə, “Olimpiyski” Milli idman kompleksində idman jurnalistlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini-futbol üzrə IV ənənəvi beynəlxalq turniri keçiriləcəkdir.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətini təmsil edən “Telefortuna” komandası Ukrayna paytaxtına gəlmişdir. Əvvəlki turnirlərdə futbolçularcımız üç dəfə birinci yeri tutmuşdular.
Aprelin 19-da futbolçularımız, Gənclər və İdman Nazirliyinin nümayəndələri Kiyevdə, diplomatik nümayəndəliyimizin yaxınlığında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoymuş, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev ilə görüşmüşlər.
Səfir bütün sahələrdə, o cümlədən idman sahəsində dinamik inkişaf edən Azərbaycan-Ukrayna münasibətlərindən danışmışdır. Ulu öndər Heydər Əliyevin xatirə turnirinin təşkilatçılarından biri kimi, o, futbolçularımıza qələbə arzulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]