“Ümid yeri” uşaq sığınacağında gimnastika bölməsinin açılışı olub
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 3-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında gimnastika bölməsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, məşqlər AGF-nin təcrübəli məşqçisi tərəfindən tədris olunur.
Həftədə iki dəfə keçirilən məşqlərə uşaq evinin 6-17 yaşlı 20-yə yaxın sakini cəlb olunub.