Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş konsert: “Tarix yaradan şəxsiyyət”
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Heydər Əliyev Sarayında məktəblilərin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı yubiley konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə məktəblilər Ulu Öndərin ən sevdiyi mahnıları səsləndirib, həmçinin Heydər Əliyevə həsr olunan bədii qiraət və digər ədəbi-bədii kompozisiya nümunələri nümayiş etdiriblər.
Tədbirdə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri, Bülbül adına orta ixtisas musiqi məktəbi, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyası və digər incəsənətyönümlü təhsil müəssisələrinin şagirdləri çıxış ediblər. Heydər Əliyevin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik təcrübəsini özündə əks etdirən videoçarxlar da nümayiş olunub.