Ümummilli Liderin əziz xatirəsi Qaradağ rayonunda ehtiramla anılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Ümummilli Liderin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətinin nümayəndələri parkda ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri abidənin önünə gül dəstələri düzməklə Ulu Öndərə öz dərin ehtiramlarını bildiriblər.