UN-Habitat terrorla mübarizə üzrə qlobal koordinasiya sazişinə qoşulub
Bakı, 27 mart, AZƏRTAC
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) terrorizmlə mübarizə üzrə koordinasiya sazişinə qoşulub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, son əlavə nəzərə alınmaqla, BMT-də ən böyük koordinasiya çərçivəsi olan terrorla mübarizə sazişi 47 qurumu əhatə edir.
“BMT-nin Məskunlaşma Proqramı bu sistemə qoşularaq, terrorizmə qarşı maliyyələşdirilmə məsələlərinin həllində yüksək əhəmiyyətli mövqe nümayiş etdirəcək”, - deyə Birləşmiş Millətlər Təşkilatının terrorla mübarizə üzrə qlobal koordinasiya sazişinin sədri Vladimir Voronkov bildirib.
Qərargahı Keniyanın Nayrobi şəhərində yerləşən UN-Habitat bilik, siyasi məsləhət, texniki yardım vasitəsilə yaşayış məskənlərində transformativ dəyişikliyi təşviq etmək üçün 90-dan çox ölkədə çalışır.
2018-ci ilin dekabrında təsis edilən saziş BMT-nin qlobal terrorla mübarizə strategiyasının həyata keçirilməsində üzv dövlətlərə ardıcıl və əlaqələndirilmiş dəstək üçün əsas institusional vasitədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]