UNEC “SABAH” mərkəzinin 16 məzunu Dövlət Proqramının qalibi olub
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “SABAH” mərkəzinin 16 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibi olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, məzunlardan 14 nəfəri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, 2 nəfəri isə İtaliyanın nüfuzlu universitetlərində magistratura təhsili alacaq.