UNİBANK İLK İPOTEKA KREDİTİNİN VERİLMƏSİNİ TƏSDİQ ETMİŞDİR
UniBankın riteyl xidmətləri üzrə direktoru Faiq Zeynalov demişdir: “Hazırda ipoteka kreditləri fiziki şəxslərin ən çox ehtiyac duyduğu kreditlərdəndir. Bu baxımdan, ipoteka kreditinin təsdiq edilməsi UniBankın kredit siyasətinin inkişafı üçün atılan ilk addımdır”.
İpoteka Fondunun,- UniBank onun agentidir, - qaydalarına əsasən, yetkinlik yaşına çatmış hər bir Azərbaycan vətəndaşı ipoteka krediti ala bilər, bir şərtlə ki, kredit müddəti bitənədək onun yaşı pensiya yaşını keçməsin. İpoteka kreditinin müddəti 3 ildən 15 ilədək ola bilər, faiz dərəcəsi isə illik 12 faizdən artıq olmamalıdır. Kreditlər Azərbaycan vətəndaşlarına manatla veriləcək və bir borcgötürənə maksimum 30 min manat məbləğində kredit ayrılacaqdır. Kreditin məbləği alınan daşınmaz əmlakın ümumi dəyərinin 70 faizindən artıq olmamalıdır. Kreditin özü isə yalnız o halda verilə bilər ki, kredit üzrə ödənişlərin aylıq məbləği borcgötürənin gəlirinin 50 faizindən çox olmasın. İpoteka kreditinin girov təminatı olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]