“UNİBANK”IN AKSİYASI DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, “Unibank” “Yay davam edir” adlı depozit aksiyasına başlamışdır. Bu aksiya iyulun 15-dən sentyabrın 15-dək davam etmiş “Yay mənfəəti”nin davamıdır.
“Yay davam edir” depozit aksiyası çərçivəsində bankın bütün müştəriləri oktyabrın 31-dək öz pullarını daha sərfəli şərtlərlə yerləşdirərək “Brilyant depozit”in iştirakçılarına çevrilir və hər ay ümumi çəkisi bir karat olan üç ədəd brilyant udmaq şansı əldə edirlər.
Kampaniyanın müddəti üç aydır.