Universitetdə ekoloji maarifləndirmə seminarı
Bakı, 2 dekabr, AZƏRTAC
“Təmiz Şəhər” ASC-nin gənc nəslin ekoloji maarifləndirməsi layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) biologiya fakültəsinin tələbələri üçün seminar təşkil olunub.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2010-cu ildən etibarən təşkil olunan belə seminarlar gənclərin ekologiya üzrə biliklərinin artırılmasına xidmət edir. Ekspertlərin iştirakı ilə keçirilən tədbirdə tələbələrə ətraf mühitin qorunması, tullantıların idarə olunması barədə məlumat verilib.
Seminarda ADPU-nun elmi işlər üzrə prorektoru Vilayət Əliyev, biologiya fakültəsinin dekanı Yusif Əhmədov, “EkoReal” təşkilatının direktoru Telman Zeynalov, “Təbiət və Həyat” təşkilatının sədri Fuad Axundzadə, “Səma və Eko” elmi praktik ictimai birliyinin sədri İradə Həsənova, “Təmiz Şəhər” ASC-nin ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev mühazirə oxuyublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]